"Beşiktaş" qazaxıstanlı futbolçu Bəxtiyar Zaynuttinov ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı oyunçu karyerasını Rusiya Premyer Liqası təmsilçisi "Dinamo Moskva"da davam etdirəcək.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Zaynuttinovun "Dinamo" ilə artıq razılıq əldə etdiyi, transferin yaxın günlərdə rəsmi olaraq açıqlanacağı bildirilir. Futbolçu İstanbul klubundan ayrıldıqdan dərhal sonra Moskva klubu ilə şəxsi şərtlərdə də razılaşıb.
Qeyd edək ki, "Dinamo Moskva" ilə imzalanacaq müqavilənin detalları hələ açıqlanmasa da, tərəflərin 3 illik müqavilə üzərində razılaşdığı iddia olunur.
Kamil Xudiyev