AZ

Azərbaycan əlifbasıvə Azərbaycan dili günü

Hər bir xalq başqasından dilinə görə fərqlənir. Azərbaycan xalqının dili Azərbaycan dilidir. Azərbaycan dili geneoloji təsnifatına görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna aiddir.

Azərbaycan dili çətin və şərəfli bir yol keçib. Sasani işğalları, ərəb yürüşləri, monqol istilaları Azərbaycan dilinin inkişafını ləngidən amillərdən olmuşdur. Səfəvilər dövründə Azərbaycan dili Mərkəzi Asiya, Yaxın və Orta Şərq, Kiçik Asiya və Qafqazda ən çox işlənən dillərdən biri idi.

19-cu əsrin əvvəllərində müstəqil Azərbaycan xanlıqları çar Rusiyası tərəfindən işğal olundu. Ən çox itirən Azərbaycan dili oldu. Çünki dövlət idarəçiliyivə kargüzarlıq sənədləri rus dilində hazırlanırdı. Uzun illər məktəblərdə tədris ana dilində yox, rus dilində aparılırdı. Fevral burjua inqilabından sonra azadlıq əldə edən xalqların ən böyük problemi ana dilində məktəb açmaqla bağlı idi.

Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu addımlarından biri Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. Amma təəssüflər olsun ki, Azərbaycan dilində tədrisi yüksək səviyyədə qurmaq mümkün olmadı. Bir tərəfdən bu dili mükəmməl bilən mütəxəssis yox idi, digərtərəfdən 1920-ci ilin aprel işğalı Azərbaycan dilinin tədrisini arxa plana keçirdi. Təsadüfi deyil ki, 1933-cü ilə kimi Azərbaycan Sovet Sosialist Respublikasını qeyri-azərbaycanlılar idarə etmişlər.
1956-cı ildə ilk dəfə böyük çətinliklərdən sonra Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Mirzə İbrahimov başda olmaqla bir çox azərbaycanlı ziyalı Mərkəz tərəfindən cəzalandırıldı.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasıqəbul olundu. Mərkəz müttəfiq respublikalara ana dili məsələsində tərslik etməməyi tövsiyə edirdi. Amma Azərbaycana rəhbərlik edən Heydər Əliyev 1978-ci il Azərbaycan Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi təsbit etdi. Heydər Əliyevincəsarətindən ruhlanan bir neçə müttəfiq respublikanın rəhbərləridə bu addımı atdı. Mərkəz etiraz etsə də əyalət rəhbərlərini fikrindən döndərə bilmədi.

SSRİ-nin dağılmasından sonra hər bir müttəfiq respublika müstəqil dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ildə qəbul olundu. Ümumxalq səsverməsi yolu ilə qəbul olunan bu Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur.

Seçilən
5
aznews.az

1Mənbələr