AZ

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh üçün səylərini davam etdirir - Ərdoğan

Bakı. Trend:

Türkiyə Ukraynadakı vəziyyəti həll etmək və Rusiya ilə Ukraynaarasında sülhə nail olmaq üçün fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

Onun sözlərinə görə, tərəflər arasında Türkiyənin təşkil etdiyidanışıqlar davam edəcək.

Türkiyə Prezidenti bildirib ki, yaxın bölgədə davam edənböhranlara, qarşıdurmalara, müharibələrə və gərginliyə baxmayaraq,Türkiyə sülh diplomatiyasının sürətini artırıb.

"Taxıl dəhlizi razılaşması, əsir mübadiləsi və İstanbul, Antalyakimi şəhərlərimizdə aparılan danışıqlar bizim sülhə inamımızınnəticəsidir", - deyə o əlavə edib.

"Mən hər fürsətdə vurğulayıram ki, biz liderlər səviyyəsindəgörüş keçirməyə hazırıq. Türkiyənin səmimi istəyi odur ki,İstanbulda danışıqlar masası qurulduğu kimi, yaxın gələcəkdəTürkiyədə də sülh masası qurulsun və bu qanlı müharibə bitsin", -deyə R.T.Ərdoğan bildirib.

Seçilən
7
az.trend.az

1Mənbələr