AZ

Bakıda bu ərazilərdə minib-düşmə məntəqəsi var -

Bakıda minik avtomobillərinin avtobus zolaqlarında sərnişinləri təhlükəsiz və rahat şəkildə mindirib-düşürə bilməsi üçün xüsusi yerlər yaradılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bugünədək 12 minib-düşmə məntəqəsi təşkil olunub və müvafiq nişanlar quraşdırılıb. Metbuat.az həmin ünvanları təqdim edir: - Yusif Səfərov küçəsi- Rəşid Behbudov küçəsi- Rəşid Behbudov və Mikayıl Rəfili küçələrinin kəsişməsi- 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsi- Neftçilər prospekti, Kukla Teatrının yaxınlığı- Zəfər parkının yaxınlığı- 2 saylı “ASAN xidmət” mərkəzi ilə üzbəüz- 59 nömrəli məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı- Həmin keçidlə üzbəüz ərazi- Neftçilər və Bülbül prospektlərinin kəsişməsi, Bakı Biznes Mərkəzinin yaxınlığı- Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsi- 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin (Blue Mall) yaxınlığı, şəhər mərkəzinə doğru istiqamətdə Qeyd edək ki, bu məntəqələr nəqliyyat axınında təhlükəsizliyi artırmaqla yanaşı, sərnişinlərin rahatlığını da təmin etməyə yönəlib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
5
metbuat.az

1Mənbələr