Ruslara küçədə satılan tərəvəzləri aldıqları üçün cinayət təqibi riski ilə bağlı xəbərdarlıq edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Xidmətinin rəhbəri Aleksandr Vinoqradovun sözlərinə görə, küçə satıcısının kartına pul köçürən zaman vəsaitin şübhəli şəxslərin əlinə keçməsi riski var.
O hesab edir ki, pulu alan terrorçularla əlaqəsi olan şəxs ola bilər və bundan sonra alıcı FTX-yə izahat verməli olacaq.
Xuraman Etibarlı
İnterpress.az