AZ

Ağ Evdə Trampa Nobel Sülh Mükafatının verilməsinə çağırış edilib

Ağ Ev rəsmiləri ABŞ Prezidenti Donald Trampın Kamboca və Tailand arasında atəşkəs sazişinin əldə olunmasında həlledici rol oynadığını və bu nailiyyətə görə onun Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bəyan ediblər.

Oxu.Az-ın məlumatına görə, prezidentin mətbuat katibi Kerolayn Livitt özünün "X" platformasında bununla bağlı paylaşım edib.

"Prezident Tramp bunu mümkün etdi. Ona Nobel Sülh Mükafatını verin!" - deyə Ağ Evin bəyanatında deyilir.

Əldə edilmiş razılaşmaları şərh edən Kerolayn Livitt, bu addımların regionda sabitliyin möhkəmlənməsinə töhfə verdiyini və Trampın siyasi irsinin əhəmiyyətini təsdiq etdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində gərginlik yaranıb, döyüşlər başlayıb, bu, hər iki tərəfdə dinc sakinlər də daxil olmaqla ölən və yaralananlarla nəticələnib. İyulun 28-də hər iki ölkə atəşkəs barədə rəsmi razılığa gəliblər.

Seçilən
1
1
demokrat.az

2Mənbələr