AZ

Lətif Əliyevdən bir qızıl, bir gümüş medal

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 

71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
18
qafqazinfo.az

10Mənbələr