“WhatsApp” əyləncəli funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, bu funksiya istifadəçilərin əvvəllər danışmadıqları insanlara ilk mesajlarını göndərmələrini asanlaşdıracaq. Yenilik “WhatsApp”ın android beta versiyasında müşahidə edilib. Yeni funksiya istifadəçinin əvvəllər mesaj göndərmədiyi və ya əlaqə siyahısında olmayan istifadəçilərə “əl yelləmə” emojisindən istifadə edərək ilk mesajı göndərməsinə imkan verəcək. İstifadəçilər söhbət pəncərəsini açdıqda mesaj bölməsində “əl yelləmə” emojisini müşahidə edəcəklər. “WhatsApp”ın yeni funksiyası sadədir. İstifadəçi yeni söhbət pəncərəsini açdıqda ekranın aşağı hissəsində “əl yelləmə” emojisini müşahidə edəcək. Emojiyə toxunduqda mesaj alıcıya göndərəcək.