AZ

Politoloq: Bölgənin taleyi Rusiya Azərbaycan münasibətlərindən asılıdır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rusiya-Azərbaycan münasibətləri sabit gərginlik mərhələsindədir.Müşahidələrə əsasən, münasibətləri gərginləşdirən hadisələr hələ həll olunmayıb, yeni gərginlik doğuracaq addımlar isə hələlik baş verməyib".Bu sözləri Demokrat.az-a siyasi şərhçi Aydın Quliyev bildirib.Onun sözlərinə görə, indiki gərginlik səviyyəsi analoqu olmayan bir mərhələdir:"Məsuliyyət Rusiyanın üzərindədir. Dekabr ayında təyyarə insidentindən sonra Rusiya bu məsələni aradan qaldırmaq üçün addım atmayıb. Əksinə, azərbaycanlılara qarşı deportasiya və təzyiqlər baş verib.

Rusiya münasibətlərin gərginləşməsində maraqlıdır.Məqsəd Ermənistanla yaxınlaşmanı təmin etmək ola bilər. Bu, həm Ermənistanın Qərbə meyillənməsinin qarşısını almaq, həm də Rusiyanın bölgədə əsas müttəfiqinin Ermənistan olduğunu göstərmək cəhdi kimi qiymətləndirilirə".O deyib ki, Azərbaycan öz xarici siyasət kursunda dəyişiklik etmir:Azərbaycan müstəqil və bloklara qoşulmayan siyasət yürüdür. Ermənistan isə siyasətini Qərbə yönəldib.

Bölgənin taleyi Rusiya-Azərbaycan münasibətlərindən asılıdır.Gərginliyin azaldılması üçün təşəbbüs Rusiyadan gözlənilir, lakin hələlik bu yöndə ciddi addımlar atılmır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
demokrat.az

2Mənbələr