AZ

Tramp: ABŞ ilə ticarət sazişi olmayan ölkələrə rüsum tətbiq olunacaq

BAKI, 28 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla ticarət sazişi olmayan ölkələr üçün 15-20 faiz aralığında rüsum tətbiq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, o, bu barədə Şotlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Bu rüsumun 15-20 faiz arasında olacağını düşünürəm. Ola bilər ki, 15 olsun, bəlkə də 20. Sadəcə, nəzakətli şəkildə yanaşmaq istəyirəm. Amma təxminən bu səviyyədə olacaq", - Tramp qeyd edib.

Seçilən
38
teleqraf.com

1Mənbələr