AZ

Misir prezidenti Qəzza üçün humanitar yardımı artırmağa çağırır

Misir prezidenti Qəzza üçün humanitar yardımı artırmağa çağırır

Misir prezidenti Əbdül Fəttah əs-Sisi Qəzza zolağına hər gün 600-700 yük maşını humanitar yardım göndərilməsinin vacib olduğunu bildirib.

AFN.az xəbər verir ki, Əs-Sisi “Al-Kahira al-İxbaria” telekanalına verdiyi açıqlamada, Misirin Qəzza sərhədindəki “Rafah” keçid məntəqəsindən yük daşınmasına mane olmadığını qeyd edib. Lakin humanitar yardımın daimi şəkildə çatdırılması üçün keçid məntəqəsinin həm Misir, həm də Qəzza tərəfdən açıq saxlanmasının zəruri olduğunu vurğulayıb.

Prezident Misir ərazisində Qəzza əhalisinə yardım üçün çox sayda yük maşınının hazır vəziyyətdə dayandığını bildirib.

Əs-Sisi bütün ölkələrə, o cümlədən ərəb dövlətlərinə, Avropa İttifaqına və ABŞ-a çağırış edərək Qəzza zolağındakı döyüşlərin dayandırılması və insanlara dərhal yardım göstərilməsi üçün bütün səylərin göstərilməsini istəyib.

O, ABŞ prezidenti Donald Trampa da müraciət edərək, onun nüfuzunu yüksək qiymətləndirdiyini və savaşın dayandırılması və blokadadakı Fələstinlilərə yardımın təmin olunması üçün əlindən gələni etməsini xahiş edib. Əs-Sisi hesab edir ki, “bu müharibəyə son qoymaq vaxtıdır.”

Seçilən
3
afn.az

1Mənbələr