Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər əsas diqqəti Yaxın Şərqdəki son hadisələrə yönəldiblər. Regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub, eləcə də mövcud gərginlik fonunda müxtəlif diplomatik yanaşmalar nəzərdən keçirilib.