AZ

Son sutka ərzində Qəzzada 100 nəfər həlak olub

BAKI, TurkicWorld

Son 24 saat ərzində Qəzza zolağında 100 nəfər həlak olub.

TurkicWorld xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 100 meyit və 382 yaralı gətirilib.

Həmçinin, İsrail ordusunun 19 yanvar tarixində əldə olunan atəşkəsi pozaraq martın 18-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 8 755 fələstinlinin həlak olduğu, 33 192 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 59 921 nəfər həlak olub, 145 233 nəfər isə yaralanıb.

İsrail və ABŞ tərəfindən idarə olunan yardım paylama məntəqələrində fələstinlilərə qarşı həyata keçirilən hücumlarda 27 may tarixindən bu yana 1 157 nəfər ölüb, 7 758 nəfər yaralanıb.

Seçilən
4
turkic.world

1Mənbələr