AZ

"Terrorsuz Türkiyə" yolunda qətiyyətlə irəliləyirik - Ərdoğan

BAKI, TurkicWorld

"Terrorsuz Türkiyə" yolunda qətiyyətlə irəliləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"Girdiyimiz bu yol bizi güclü bir Türkiyəyə aparacaq. Bu səbəblə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik. Dövlət ciddiyyətinə uyğun şəkildə bu yolda qətiyyətlə irəliləyirik. Millətimiz də mübarizəmizi yaxından izləməkdədir" - deyə, Ərdoğan bildirib.

"Hökumət olaraq bölgəmizdə sülh üçün çalışarkən, öz daxilimizdə də əmin-amanlığımızı pozan amillərə qarşı qətiyyətlə mübarizə aparırıq. Terrorsuz Türkiyə prosesi xalqımızın layihəsidir. Bu, hamısının arzusudur. Bu addımın gerçəkləşdiyini görürük" - deyə, o əlavə edib.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

Seçilən
6
turkic.world

1Mənbələr