AZ

“Çelsi” Mayk Pendersi yenə icarəyə göndərdi

“Strasburq” 19 yaşlı belçikalı qapıçı Mayk Pendersi “Çelsi”dən icarə müqaviləsi əsasında “yürüşçülər”in heyətinə qatıb.

Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olcacaq.

Mayk Penders “Genk”in məzunudur. Qapıçı, karyerası ərzində həmçinin ancaq “Genk” üçün oynayıb və “Çelsi”yə keçdikdən sonra doğma klubu üçün icarə əsasında çıxış edib.

Geridə qalmış mövsümdə Penders “Genk” üçün 26 oyua çıxıb, 23 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Mayk Penders Belçikanın U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.

Pendersin qənimətlər muzeyində “Çelsi” ilə qazandığı 2025-ci il FIFA Klub Dünya Kuboku var.

“Transfermarkt” internet-portalı 19 yaşlı beçikalı qapıçının transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
31
arena.az

1Mənbələr