Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Qırğızıstan-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçiriblər. Siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və qarşılıqlı səfərlər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, ŞƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (CICA) çərçivəsində həyata keçirilən qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib.