AZ

Georgi Xaraişvili “Sumqayıt”ı tərk etdi

2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Sumqayıt” daha bir futbolçusu – Georgi Xaraişvili ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubla müqaviləsinin müddəti başa çatmış yarımmüdafiəçiyə yeni müqavilə təklif olunmayıb. “Sumqayıt” futbolçuya klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Georgi Xaraişvili 2024-cü ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. Yarımmüdafiəçi “Sumqayıt”ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Xaraişvili “Sumqayıt”dan ayrılaraq ölkəsi Gürcüstana qayıdıb. 28 yaşlı futbolçu Tiflis “Dinamo”suna keçib.

“Sumqayıt” daha öncə Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın və Alan Diasla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadji heyətə cəlb ediliblər. İsa Sulimanla Roi Kehat da yeni müqaviləyə imza atıblar.

Seçilən
19
arena.az

1Mənbələr