“Araz-Naxçıvan”ın qapıçısı Vüsal Şabanov Premyer Liqa təmsilçisindən ayrılaraq paytaxt klubu “Səbail”ə keçib.
Arena.az bu barədə “Səbail”in rəsmi saytına istinadən xəbər verir.
23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Şabanov “Qəbələ”nin yetirməsidir. “Zaqatala”da da oynamış qolkiper 2022-ci ildən “Araz-Naxçıvan”ın sıralarında idi. O, Naxçıvan klubunun heyətində cəmi 3 oyun keçirib.