AZ

Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasındaiqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, iclasda BirgəHökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri MikayılCabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl,mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinəəsaslandığını vurğulayıb.

Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəlietimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusiəhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihəvə təşəbbüslər həyata keçirməkdədir. Ölkələrimiz arasındaiqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələrkimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyimövcuddur.

Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsipotensialı qeyd edilib. Bildirilib ki, Azərbaycanda sənaye,nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistankapitallı 75 şirkət fəaliyyət göstərir.

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsibaxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlıinfrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalıəməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.

Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılmasıvə Orta dəhlizin səmərəliliyin artırılması üzrə əməkdaşlıq daxüsusi rol oynayır. Ölkələrimiz arasında tranzit daşımalarınınhəcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilinyekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısındaisə 1 milyon tonu keçib.

İki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes,kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığınıngücləndirilməsi imkanları diqqətə çatdırılıb.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişlibiznes və investisiya mühiti, nəqliyyat və logistika infrastrukturuimkanları, Zəngəzur dəhlizinin perspektivləri barədə məlumatverilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsininönəmi bildirilib, Türkmənistan sərmayədarları fəal əməkdaşlığadəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, TürkmənistanınNazirlər Kabineti sədrinin müavini Nökərqulı AtaqulıyevAzərbaycanla müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığıninkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb,tərəfdaşlığın inkişafı istiqamətləri haqqında fikirlərinibölüşüb.

Tədbirdə müxtəlif sahələrdə birgə fəaliyyətin perspektivləri,iqtisadi müstəvidə ortaq maraqlara xidmət edən təşəbbüslər barədəmüzakirə aparılıb.

İclasın sonunda Birgə Hökumətlərarası Komissiyanın 8-ciiclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanınhəmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vəTürkmənistan Nazirlər Kabineti sədrinin müavini Nazirlər Kabinetisədrinin müavini Nökərqulı Ataqulıyev imzalayıblar. Sənəddəiqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digərsahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Türkmənistanla
Seçilən
15
15
az.trend.az

10Mənbələr