AZ

“Mançester Yunayted” – “Vest Hem” oyununda tarixi rekord

ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda “Mançester Yunayted” və “Vest Hem” qarşılaşıblar.

Arena.az məlumat verir ki, yoldaşlıq görüşü çərçivəsində baş tutmuş oyunda “qırmızı şeytanlar” “şirlər” üzərində 2:1 hesablı qələbəyə seviniblər.

Görüş 2025-ci ildə ABŞ-da futbol oyunları çərçivəsində ən çox tamaşaçı toplamış oyun olaraq tarixə köçüb. İngiltərə klublarının mübarizəsinə 82566 nəfər tamaşaçı şahidlik edib.

Əlavə edək ki, eyni stadionda baş tutmuş, 2025-ci il FIFA Klub Dünya Kubokunun “Çelsi” və PSJ arasındakı final oyunu (3:0) 81118 nəfər tamaşaçı toplamışdı.

Bildirilir ki, “Mançester Yunayted” – “Vest Hem” oyunun çoxsaylı tamaşaçı toplamasına səbəb biletlərin qiymətləri ilə bağlıdır. Belə ki, bu oyuna ən ucuz biletin qiyməti 77 ABŞ dolları məbləğində olub ki, bu da xeyli ucuzdur. Klublararası dünya çempionatına biletlərin başlanğıc qiyməti isə 200 ABŞ dolları məbləğində idi.

Seçilən
23
arena.az

1Mənbələr