ABŞ prezidenti Donald Tramp külək stansiyalarını ekoloji “fırıldaqçılıq” adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, buna səbəb, kənd yerlərini xaraba qoyması və quşları öldürürməsidir.
"Avropaya deyirəm, biz ABŞ-də belə külək turbinlərinin qurulmasına icazə verməyəcəyik. Mənzərələrimizin, dərələrimizin, gözəl düzənliklərimizin gözəlliyini məhv edirlər”, - o qeyd edib.
Tramp qeyd edib ki, külək turbinləri onun Ayrşirdəki qolf meydançasının mənzərəni korlayıb.