Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, telefon danışığında Hikmət Hacıyev son hadisələr zamanı həlak olanlarla bağlı İrana Azərbaycanın başsağlığını çatdırıb.
Həmçinin, iki ölkə prezidentləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri zamanı burda təhsil alan iranlı tələbələrlə bağlı müzakirələr aparıldığı da xatırlanıb. Həmin müzakirələrdəki razılaşmaların davam etdirilməsi qərara alınıb.