AZ

Esmira Rəhimova: "Peşə təhsili əmək bazarının tənzimləyicisinə çevrilməlidir"

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında peşə təhsilinin ölkənin iqtisadi inkişafında və gənclərin məşğulluğunda oynadığı mühüm rola diqqət çəkib.

Esmira Rəhimova bildirib ki, dünya təcrübəsi göstərir ki, peşə təhsili inkişaf etmiş ölkələrdə əmək bazarının əsas tənzimləyici mexanizmlərindən biri hesab olunur:

“Məsələn, Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə tələbələr peşə məktəbində aldıqları nəzəri bilikləri real şəraitdə müəssisələrdə praktiki olaraq tətbiq edirlər. Bu zaman işəgötürənlər peşə təhsilinə birbaşa müdaxilə edir və məsuliyyət daşıyırlar. Nəticədə, peşə təhsili məzunlarının böyük əksəriyyəti ixtisası üzrə işlə təmin olunur. Azərbaycanda da peşə təhsili əmək bazarının effektiv tənzimləyicisinə çevrilmək potensialına malikdir, lakin bu, yalnız sistemli, institusional və real sektorla inteqrasiyaya əsaslanan transformasiya ilə mümkün ola bilər. Xatırladım ki, bəzi peşə məktəblərində maddi-texniki baza müasir standartlara cavab vermir. İqtisadiyyatın sürətlə dəyişən tələbləri peşə təhsilinin yalnız nəzəri biliklər deyil, praktiki bacarıqlarla zənginləşdirilməsini tələb edir. Təhsil müəssisələri ilə iş dünyası arasında əlaqələr hələ də məhdud olaraq qalmaqdadır. Peşə təhsili işçi qüvvəsi ilə əmək bazarının tələbləri arasında boşluğu aradan qaldırmalıdır. Fikrimcə, hal- hazərda mövcud şirkətlər ilə, təhsil müəssisələri arasında əlaqələr genişləndirilməli və birgə tədris proqramları hazırlanmalıdır".

 Ekspertin sözlərinə görə, Azərbaycanda da peşə təhsili əmək bazarının effektiv tənzimləyicisinə çevrilmək potensialına malikdir. Lakin bu, yalnız sistemli, institusional yanaşma və real sektorla inteqrasiyaya əsaslanan transformasiya ilə mümkün ola bilər:

"Bunun üçün təhsilin maliyyələşmə modeli dəyişməli, özəl sektorun iştirak payı artmalı, müəssisələrin peşə təhsilinə məsuliyyətli tərəfdaş kimi cəlb olunması üçün stimullar tətbiq edilməlidir. Əks halda, peşə təhsili diplomu olan, amma real bacarığı və iş imkanları olmayan minlərlə gənc işlə təmin olunmaq ümidini itirəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
12
1
qht.az

2Mənbələr