AZ

Ekrem İmamoğlunun magistr diplomu da ləğv edildi

Türkiyənin İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlunun magistr diplomunu da ləğv edib.

Moderator.az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Qərara səbəb kimi onun bakalavr məzuniyyət şərtini yerinə yetirməməsi və tələbə statusuna qəbul zamanı şərtlərdə uyğunsuzluq göstərilib.

Bundan əvvəl İmamoğlunun bakalavr diplomu da "yoxluq" və "açıq səhv" əsasları ilə universitet tərəfindən geri alınıb və sistemdən silinmişdi.

Baş Prokurorluq tərəfindən "rəsmi sənəddə saxtakarlıq" ittihamı ilə araşdırma başlanıb. İddianamə qəbul olunub və İmamoğlunun 2 il 6 aydan 8 il 9 aya qədər həbsi tələb olunur. Məhkəmə prosesi sentyabrın 11-də keçiriləcək.

Seçilən
46
moderator.az

1Mənbələr