BAKI, 28 iyul. TELEQRAF
Bakı şəhərində iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sot torpaq sahəsinin orta qiyməti 15,4% artıb.
Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Qeyd edib ki, cari ilin may ayı ilə müqayisədə isə 1 sot torpağın orta qiyməti 3,2% artıb.
Paytaxtda iyun ayında qeyri-yaşayış obyektləri ötən illə müqayisədə 12,5%, may ayı ilə müqayisədə isə 1,7% bahalaşıb.
Yeni tikili mənzillərdə illik bahalaşma 15,9%, köhnə tikili mənzillərdə isə 12,2% olub. May ayına nəzərən yeni tikili mənzillərdə 1,7%, köhnə tikili mənzillərdə isə 1,4%-lik bahalaşma baş verib.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin iyununda Bakı şəhərində fərdi yaşayış evləri 13,5% bahalaşıb. May ilə müqayisədə isə bu sahədə bahalaşama 2,4% olub.