Hurriyyet.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, Çin hökuməti 3 yaşına qədər uşaqların hər biri üçün ildə 500 dollar vəsait ödəyəcək.
Çin dövləti ailələri dəstəkləmək və əhalinin artımını təşviq etmək üçün subsidiyalar ayıracaq.
2025-ci ildən etibarən üç yaşınadək hər uşaq üçün ailələrə ildə 3600 yuan (503 dollar) ödəniləcək.
Subsidiyalar fərdi gəlir vergisindən azad ediləcək. Vəsaiti alanların şəxsi gəlirlərinin az və ya çox olması, onların aztəminatlı kateqoriyasına aid edilib-edilməməsi nəzərə alınmayacaq.
2022-2024-cü illərdə doğulan bütün çinli uşaqların valideynləri subsidiya üçün müraciət edə bilərlər. 20 milyondan çox ailənin vəsait alacağı gözlənilir.
Hürr Tərcüman