Bakı. Trend:
İyulun 22-də Fransa Milli Assambleyasında “Respublikaçılar”Partiyasının təşəbbüsü ilə irəli sürülən və anti-Azərbaycan məzmundaşıyan qətnamə bir daha göstərdi ki, Fransa rəsmi dairələri CənubiQafqaz regionunda sülh və əməkdaşlıq ideyasından çox,müstəmləkəçilik təfəkkürünün davamına üstünlük verir. Qətnamədəqondarma “Artsax” rejiminin legitimləşdirilməsinə cəhd, Azərbaycanəleyhinə saxta ittihamlar və Ermənistanın “sülhsevər” imicininformalaşdırılması üçün uydurma tezislər yer alır. Bütün bunlarFransanın nə dərəcədə qərəzli və qeyri-obyektiv yanaşmasərgilədiyini bir daha sübut edir.
Azərbaycanın haqq mübarizəsinə qarşı yönələn siyasimanipulyasiya
Əvvəlcə qeyd edək ki, qətnamə layihəsi Fransa-Ermənistan dostluqqrupunun sədri Loran Vokye və müavini Aleksandr Marten tərəfindəntəqdim olunub. Bu şəxslərin əvvəllər də qondarma rejimə dəstəkverməsi, Azərbaycanın suverenliyini şübhə altına alması və COP29kimi beynəlxalq tədbirlərə qarşı çıxış etməsi onların tamamiləbirtərəfli və siyasi sifarişlə hərəkət etdiyini göstərir. LoranVokyenin 2023-cü ildə qondarma rejimin “xarici işlər naziri” iləgörüşməsi, “blokada” nağılına əsaslanaraq kampaniyalar təşkiletməsi, həmçinin, Fransa erməni diasporu tərəfindən “Cəsarət”medalı ilə təltif olunması siyasi maraqların insan hüquqlarıpərdəsi altında gizlədildiyini təsdiqləyir.
Qətnamədə Azərbaycanın “erməni əhalisini məhv etmək” siyasətiyürütməsi kimi iftiralar yer alır. Əslində, bu ifadələrErmənistanın işğalçılıq siyasətini pərdələmək və beynəlxalq hüquqnormalarını pozaraq suveren bir dövlətin daxili işlərinə müdaxiləetmək cəhdindən başqa bir şey deyil. Azərbaycanın Qarabağbölgəsində keçirdiyi antiterror tədbirləri nəticəsində heç birmülki erməni vətəndaş hədəfə alınmayıb. Əksinə, Azərbaycan dövlətikönüllü şəkildə bölgəni tərk etmiş ermənilərin təhlükəsiz şəkildəgeri qayıtmasına hazır olduğunu dəfələrlə bəyan edib.
Saxta “siyasi məhbuslar”ritorikası
Qətnamədə Azərbaycanın saxladığı “erməni siyasi məhbusları”nınazad olunması tələb edilir. Halbuki bu şəxslər beynəlxalq hüquqlatəsbit olunmuş hərbi cinayətlər, işgəncə, terrorçuluq, dinc əhaliyəqarşı zorakılıq kimi əməllərdə ittiham olunur və hazırdaAzərbaycanın müstəqil məhkəmə sistemində şəffaf istintaqproseslərindən keçir. Azərbaycan hüquqi dövlət prinsipinəəsaslanaraq, bu şəxslərə bütün hüquqi təminatları təqdim edir.Onların “siyasi məhbus” kimi qələmə verilməsi isə məhkəmə sisteminigözdən salmaq, Azərbaycanın suveren hüquqlarını pozmaqdeməkdir.
Eyni zamanda, bu məqamda Fransa dövlətinin ikili standartlarınıxatırlatmaq yerinə düşər. Ölkənin daxilində illərlə davam edənsosial etirazlar zamanı həbs olunan şəxslər haqqında insan haqlarıtəşkilatlarının apardığı araşdırmalar və Paris polisinin vəhşiliyibarədə faktlar gözardı edilir. Bu, Fransanın insan hüquqlarımüdafiəsi məsələsində necə riyakar davrandığını bir daha sübutedir.
Ermənistanın sülhsevər obrazı vəreallıqlar
Qətnamədə Ermənistan “sülh tərəfdarı” kimi təqdim olunur.Əslində isə 30 ilədək müddətdə Azərbaycanın beynəlxalq səviyyədətanınmış ərazilərini işğal altında saxlayan və 1 milyonadəkazərbaycanlını öz yurd-yuvasından didərgin salan Ermənistandır.Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdikdən sonrailk olaraq tamhüquqlu sülh müqaviləsinə çağırış edib. Ermənistanisə bu çağırışlara qeyri-sabit, ziddiyyətli mövqe ilə cavab verərəksülh prosesini dəfələrlə pozub.
Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərləazərbaycanlının geri qayıtmaq hüququna dair qətnamədə heç bir qeydyer almaması, Ermənistanın törətdiyi etnik təmizləməyə gözyumulması Fransanın siyasi ikiüzlülüyünü bir daha üzə çıxarır.
Fransa: XXI əsrdə müstəmləkəçilik siyasətini davametdirən dövlət
Fransa illərlə Afrika və digər regionlarda müstəmləkə siyasətiyürüdüb, bu gün isə neokolonial ambisiyalarını Cənubi QafqazdaErmənistan vasitəsilə reallaşdırmağa çalışır. Ermənistanı öz“müstəmləkə”si kimi görən Paris hakimiyyəti ona silah yardımıgöstərir, revanşist qüvvələri stimullaşdırır və bölgədəki sülhsəylərinə zərbə vurur. Prezident Emmanuel Makronun Azərbaycanın 44günlük müharibədə qazandığı qələbəni “şəxsi məğlubiyyət” kimi qəbuletməsi onun qərəzli siyasətinin əsas təməlini təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülənqətiyyətli xarici siyasət nəticəsində Fransa bu gün Cənubi Qafqazdaaparılan danışıqlar prosesindən tamamilə kənarda qalıb. Prezidentiİlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabidəkeçirilən və Fransa tərəfinin iştirakı olmadan baş tutan görüşParisin regiondakı nüfuzunun nə qədər azaldığını göstərir.
Azərbaycanın dekolonizasiya liderliyi və beynəlxalqnüfuzu
Azərbaycan bu gün yalnız regionun güclü dövləti kimi deyil, həmdə beynəlxalq arenada kolonializmlə mübarizənin aparıcı qüvvəsikimi çıxış edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanyeni müstəmləkə siyasətinə qarşı qlobal miqyasda səfərbərlikyaradıb. Prezident İlham Əliyevin Yeni Kaledoniyada dalğalananAzərbaycan bayraqları fonunda Fransanın neokolonial siyasətini ifşaetməsi, Şuşada keçirilən Qlobal Media Forumunda bu məsələni birdaha gündəmə gətirməsi Azərbaycanın yalnız öz maraqlarını deyil,həm də bəşəri ədaləti müdafiə etdiyini göstərir.
Bu gün Fransa mətbuatı, parlamenti və yerli idarəetməqurumlarında anti-Azərbaycan kampaniyasının vahid mərkəzdən idarəolunması şəksizdir. Paris meri An İdalqo, İl-de-Frans regionununprezidenti Valeri Pekress və digər ermənipərəst siyasətçilər“humanitar maska” altında Azərbaycana qarşı sistemli təzyiqsiyasəti yürüdürlər. Evian şəhərində Natəvanın heykəlinə qarşıedilən vandalizm aktına Fransa dövləti göz yumaraq “mədəni irs”kimi təqdim etdiyi dəyərlərin yalnız öz maraqlarına uyğun olduğununümayiş etdirib.
Azərbaycanın mövqeyi beynəlxalq hüquqaəsaslanır
Fransa Milli Assambleyasının irəli sürdüyü qətnaməobyektivlikdən uzaq, birtərəfli və siyasi motivasiyalarlahazırlanan sənəddir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vədaxili işlərinə hörmət beynəlxalq hüququn əsas prinsiplərindəndir.Heç bir dövlət və ya parlament bu prinsipləri pozmaq hüququna malikdeyil.
Azərbaycan regionda sülhün bərqərar olması üçün konkret vəkonstruktiv addımlar atmaqdadır. Azərbaycanın təməl mövqeyi –qarşılıqlı ərazi bütövlüyünün tanınması, zorakılığın rədd edilməsivə birgəyaşayış imkanlarının yaradılmasıdır. Fransa isə bu sülhətəhdid törədən tərəf rolunda çıxış edir.
Azərbaycan xalqı öz dövlətinin və liderinin arxasındabirləşərək, bu kimi qərəzli kampaniyaları dəf etmək əzmindədir.Fransa özünün keçmiş müstəmləkə siyasətinin acı nəticələrindən dərsçıxarmalı, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqahörmət etməyi öyrənməlidir.