AZ

Bakıda bu tunel günlərdir qaranlığa qərq olub RƏSMİ AÇIQLAMA VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Əbdülvahab Salamzadə küçəsində yerləşən tunel qaranlığa bürünüb.

Xoşagəlməz halla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən tuneldə artıq neçə gündür işıqlar yanmır. İzləyicinin sözlərinə görə, xüsusilə günün işıqlı vaxtında hərəkət iştirakçıları təhlükə ilə üz-üzə qalır. Belə ki, işıqdan qəfil qaranlıq tunelə daxil olan sürücülər qarşıdakı avtomobili görməkdə çətinlik çəkir və bu hal qəza şəraiti yaradır. 

Mövcud problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğu göndərdik. Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında tunellərin işıqlandırılmasının artıq onların səlahiyyətində olmadığını və bu məsələnin Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu qeyd etdi. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov isə sorğumuza cavab olaraq tuneller və onların işıqlandırılmasının qurumun səlahiyyətləri çərçivəsində olmadığını bildirdi. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
avtosfer.az

1Mənbələr