Fransanın baş naziri Fransua Bayrou ABŞ və Avropa Birliyi (AB) arasında tariflərlə bağlı əldə olunan ticarət razılaşmasını tənqid edərək, razılaşmanın edildiyi günü “qara gün” adlandırıb.
Turkustan.az xəbər Fransanın baş naziri Bayrou X hesabından etdiyi bir yazıda, ABŞ-ın AB məhsullarına 15 faiz rüsum tətbiq etməsinə icazə verən razılaşmaya reaksiya verdi.
Bayrou postunda bu razılaşma ilə "Avropanın ABŞ-a boyun əydiyini" müdafiə etdi.
Bayrou: "Dəyərlərini ifadə etmək və maraqlarını müdafiə etmək üçün bir araya gələn azad xalqların ittifaqının baş əyməyə qərar verdiyi gün qara gündür" şərhini verib.
Fransanın Avropa İşləri üzrə Naziri Benjamin Haddad, X postunda, razılaşmanın ABŞ tarifləri ilə təhdid edilən sektorlar üçün "müvəqqəti sabitlik" təmin etsə də, "qeyri-sabit" olduğunu vurğuladı.
Büdcə və xəzinə naziri Laurent Saint-Martin, müqavilənin qısa müddətdə fransız biznesləri üçün "faydalı" ola biləcəyini, lakin bu "tarazsız" müqavilənin orta müddətli perspektivdə, xüsusən də rəqəmsal xidmətləri nəzərə almaq üçün yenidən nəzərdən keçirilməli olduğunu qeyd etdi.
Aytən Yaşar/ Turkustan.az