AZ

Tramp Ukrayna ilə bağlı verdiyi 50 günlük razılaşma müddətini qısaldır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Ukraynada nizamlanma üzrə razılığa gəlmək üçün əvvəllər Moskva və Vaşinqtona təyin etdiyi 50 günlük müddəti qısaltmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika lideri Şotlandiyanın Turnberi şəhərində Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən bu 50 günü daha qısa bir rəqəmə qədər qısaldacağam. Çünki mən cavabı artıq bildiyimi düşünürəm, nə olacağını bilirəm", - deyə q eyd edib.

Eyni zamanda Tramp Ukrayna ilə bağlı razılaşmanın artıq 4-5 dəfə hazırlana biləcəyi fikrini ifadə edib.

“Mən Rusiya prezidenti Vladimir Putinlə çox danışmışam, onunla çox yaxşı anlaşıram.

Biz bunu dəfələrlə qərar verdiyimizi düşünmüşük. Deyirəm: artıq bu belə deyil. Biz istədiyimiz və razılaşdığımız nəticələri görmürük. Beləliklə, hadisələrin fərqli yöndə inkişaf edəcəyini görəcəyik”, - deyə Ağ Evin rəhbəri əlavə olaraq bildirib.

İyulun 14-də Amerika prezidenti bəyan edib ki, Vaşinqton və Moskva 50 gün ərzində Ukraynada nizamlanma ilə bağlı razılığa gəlməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcək. O, həmçinin bildirib ki, Vaşinqton Kiyevə, əgər Avropa bunun əvəzini ödəyərsə, silah və hərbi texnika verməkyə davam etmək qərarına gəlib. Ağ Ev rəhbəri NATO-nun bu prosesi koordinasiya edəcəyini ifadə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
46
bizimyol.info

10Mənbələr