AZ

İmamoğlunun ikinci diplomu da LƏĞV EDİLDİ

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun magistr diplomu da etibarsız sayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı İstanbul Universiteti-Cerrahpaşa Rektorluğu yayıb. Bildirilib ki, universitetdə aparılan araşdırmalar nəticəsində İmamoğlunun magistr təhsilinə qeyri-qanuni yolla qəbul edildiyi müəyyən edilib və bu səbəbdən diplomun ləğv olunmasına qərar verilib.

Qeyd edək ki, daha əvvəl İmamoğlunun bakalavr diplomunun da eyni səbəblərlə ləğv edildiyi açıqlanmışdı. Sonuncu qərar onun təhsil sənədləri ilə bağlı yaranan qalmaqalın daha da dərinləşdiyini göstərir. Marqarita pizza

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
37
1
yenisabah.az

2Mənbələr