AZ

Ekrəm İmamoğlunun magistr dərəcəsi ləğv edilib

BAKI, TurkicWorld

İstanbul Universiteti (İÜ), İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilərək vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlunun magistratura diplomunu və məzuniyyətini "bakalavr məzuniyyəti" şərtinin yerinə yetirilməməsi və tələbə statusuna qəbulda olan "şərtlərdə çatışmazlıq" səbəbindən ləğv edib.

TurkicWorld xəbər verir ki, İmamoğlunun bakalavr diplomu "olmama" və "aşkar səhv" səbəbləri ilə geri alınaraq ləğv edən İstanbul Universiteti, magistratura diplomunu da etibarsız sayıb.

İÜ Sosial Elmlər İnstitutu İdarə Heyəti 24 iyul tarixli iclasında, İnsan Resursları İdarəçiliyi Tezli Magistratura (formal təhsil) Proqramına qeydiyyatdan keçmiş İmamoğlunun, Universitet İdarə Heyətinin 18 mart 2025 tarixli və 61 nömrəli qərarına əsasən, 6 iyul 1987-ci il tarixli və 19509 saylı Rəsmi Qəzetdə nəşr olunmuş İstanbul Universiteti Tələbə Nizamnaməsindəki "bakalavr məzuniyyəti" şərtinin təmin edilməməsi və tələbə statusuna qəbul şərtlərində çatışmazlıq səbəbindən magistratura məzuniyyətinin və diplomunun etibarsız sayılmasına qərar verib.

Heyət, İmamoğlunun məzuniyyət məlumatlarının Akademik Qeyd Sistemi (AKSİS) üzərindən silinməsi, Yüksək Təhsil Məlumat Sistemi (YÖKSİS) üzərindən yenilənməsi və məzuniyyət tezinin Yüksək Təhsil Şurası Milli Tez Mərkəzindən çıxarılmasına da qərar verib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu, İBB sədri Ekrem İmamoğlunun bakalavr diplomunun saxta olduğuna dair şikayətlər və Yüksək Təhsil Şurası tərəfindən hazırlanan hesabatda diplomanın saxtalığı barədə tapıntılar əsasında "rəsmi sənəddə saxtakarlıq" ittihamı ilə istintaq başladıb.

Baş Prokurorluq tərəfindən İstanbul Universitetinə göndərilən məktubda, İmamoğlunun diplomu əsasında aparılacaq iş və əməliyyatların qanuna zidd olmaması üçün zəruri tədbirlərin ən qısa zamanda görülməsi tələb olunub.

İstanbul Universiteti, Ekrem İmamoğlunun bakalavr diplomunun da "olmama" və "aşkar səhv" səbəbləri ilə geri alınaraq 18 martda ləğv edilməsinə qərar vermişdi. İmamoğlunun diploma məlumatı 6 may tarixində universitetin verilənlər bazasından çıxarılmışdı.

İstanbul 59-cu Asliye Cinayət Məhkəməsi, İmamoğlu barədə universitet diplomunun saxta olduğu iddiasıyla "ardıcıl şəkildə rəsmi sənəddə saxtakarlıq" ittihamı ilə 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası istəyi ilə hazırlanmış ittihamnaməni qəbul edib və məhkəmə prosesinin 11 sentyabrda keçirilməsinə qərar verib.

Seçilən
31
turkic.world

1Mənbələr