AZ

Rusiya Gümridəki bazasına "hərbi texnika toplayır"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Son günlər Rusiyanın Ermənistanın Gümri rayonundakı hərbi bazasına silah və texnika daşındığı bildirilir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

İddianı iyulun 26-da Ermənistanın "Hraparak" qəzeti yayıb.

Bundan əvvəl bu haqda Ukrayna kəşfiyyatı və Azərbaycan mətbuatı da məlumat vermişdi.

"Hraparak" yazır: Hər gün bazaya bir neçə rus yük təyyarəsi enir.

Ermənistan həm rəsmiləri həm "Hraparakın, həm də Ukrayna kəfyiyyatının yaydığı xəbərləri təkzib edir.

"Hraparak" isə bildirir: Məqsəd hələ bilinmir, amma Moskva fərqli ssenarilərə hazırlaşır.

Qəzetə görə, Ermənistan hakimiyyəti bu haqda açıq danışmağa cəsarət etmir.

Azərbaycanda hökumətə yaxın media bunu Rusiyanın Qafqazı itirməmək üçün Ermənistanı ələ keçirmək istəyi kimi şərh edib.

İyulun 25-də Azərbaycanın xarici işlər nazirir Ceyhun Bayramov, türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb.

Onların regional və qlobal təhlükəsizlik problemlərini müzakirə etdikləri deyilir.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Seçilən
9
bbc.com

1Mənbələr