Bu barədə Aktual.az-a Təbrizdə yaşayan soydaşlarımız məlumat verib.
AZAL-dan saytımıza məlumat təsdiq edilsə də, reyslərin nə vaxt bərpa ediləcəyi ilə bağlı dəqiq məlumatın olmadığı bildirilib.
Xatırladaq ki, Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bir sıra reysləri ləğv etmişdi. AZAL məlumat yayaraq, Bakı-Təbriz-Bakı marşrutu üzrə reyslərin iyun ayının sonunadək ləğv edildiyini açıqlamışdı.