AZ

Yumurtanı 2 aya qədər təzə saxlamağın sirri tapıldı – Sadəcə bir damla kifayətdir

Yumurtaların tez xarab olması həm ev təsərrüfatlarında, həm də ərzaq israfında ciddi problemlərdən biridir. Ancaq mütəxəssislər sadə və effektiv bir üsulla yumurtanın həftələrlə, hətta aylarla təzə qalmasının mümkün olduğunu bildirirlər.

Yumurta necə bu qədər uzun müddət təzə qala bilər?

Əslində bunun sirri olduqca sadədir: Yumurtanın üzərinə nazik təbəqədə mineral yağ sürtmək lazımdır. Bu üsul yumurtanın qabığındakı məsamələri örtərək hava və bakteriyaların içəri keçməsinin qarşısını alır. Beləliklə, yumurtanın xarab olma prosesi xeyli yavaşlayır. pizza sifarişi

Mineral yağ ilə qorunan yumurtalar soyuducuda və ya sərin yerdə saxlandıqda 8 həftəyə qədər, yəni təxminən iki ay təzə qala bilir. Bu isə həm büdcəyə, həm də ərzaq israfına qarşı böyük fayda deməkdir.

Əgər evdə mineral yağ yoxdursa, onun yerinə bitki yağı da istifadə oluna bilər. Əsas məsələ, yumurtanın qabığında qoruyucu qat yaratmaqdır.

Qeyd edək ki, belə üsulla saxlanılan yumurtaları istifadədən öncə  mütləq yumaq tövsiyə olunur. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr