AZ

Həyat sığortası sadəcə böyüklər üçün deyil

Bakı. Trend:

Valideyn olmaq – qorumaq, dəstək olmaq və gələcəyi düşünməkdeməkdir. Bəzən bu vəzifə o qədər emosional olur ki, biz nəyinhəqiqətən vacib olduğunu anlamaqda çətinlik çəkirik. Xüsusilə “uşaqüçün həyat sığortası” kimi bir məsələ gündəmə gələndə, çoxlarıdərhal emosional reaksiya verir: “Uşağa həyat sığortası? Niyə lazımolsun ki?”

Əslində, məsələ sadəcə bir sığorta əldə etmək deyil. Məsələbudur: valideyn olaraq biz riskləri nə dərəcədə düzgün anlayırıq vəbuna hazırıqmı?

Bu yazıda “The Mom Test” (Rob Fitzpatrick ) adlı kitabdanilhamlanaraq, uşaqlar üçün həyat sığortasının əhəmiyyətini dürüstvə real şəkildə izah etməyə çalışacağıq – yəni emosiyalarla yox,ehtiyaclar və həqiqətlərlə izah edəcəyik.

“The Mom Test” strategiyası bizə öyrədir ki, insanlarıyönləndirmədən, onların real təcrübələrini danışmalarına imkanverməliyik.

Məsələn, aşağıdakı suallara cavab verə bilən valideynlər,əslində sığortanın mahiyyətini dərk etmiş olurlar:

“Uşağınızın sağlamlığı ilə bağlı sizi ən çox nə narahatedir?”

“Son aylarda sizin üçün övladınızla bağlı gözlənilməz xərclərolubmu?”

“Çətin günlər üçün nə kimi planınız var?” və s.

Valideynlərə uşaqlarının sağlamlığı, sığortası haqqında danışmaqbəzən çətin görünə bilər. Çünki məsələ çox həssasdır – uşağıngələcəyindən, ehtimal edilən risklərdən və maliyyə planlamasındanbəhs edilir.

Sağlamlığa qorxu yükləmək yox, onu anlayaraq, real faktlar vəehtiyaclarla qarşılaşdırmaq daha uğurlu nəticə verir. Çünki həyatsığortası yalnız maliyyə məhsulu deyil, valideynin “Mən övladımıqorumaq üçün üzərimə düşəni edirəm” deyə biləcəyi bir daxilirahatlıqdır.

Daha ətraflı məlumat üçün linkə daxil olun:https://pasha-life.az/products/usaqlar-ucun-heyat-sigortasi/

Seçilən
53
6
az.trend.az

7Mənbələr