AZ

Trampın Aİ ilə sazişi -Yeni müqavilə Avropaya ABŞ qazı gətirir...

AB ilə Tramp arasında ticarət razılaşması Avropanı Rusiya enerjisindən ayıra bilər...

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına təqdim etdiyi yeni ticarət razılaşması Avropanın Rusiya enerji asılılığından qurtulmasını hədəfləyir.

Poliqon xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Razılaşmaya əsasən, Avropa üç il ərzində ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bazar günü Şotlandiyada jurnalistlərə açıqlamasında bu addımın Rusiyadan qaz asılılığını azaltmağa kömək edəcəyini bildirib.

"Hələ də Avropa İttifaqına gizli yollarla çoxlu miqdarda Rusiya maye qazı (LNG) daxil olur," – deyə o bildirib və Rusiya neftinin də hələlik bazarda olduğunu xatırladıb.

"Biz Rusiya fosil yanacaqlarından tamamilə imtina etmək istəyirik. ABŞ-dan daha əlçatan və keyfiyyətli LNG alqı-satqısını bu baxımdan alqışlayırıq," – deyə fon der Lyayen əlavə edib.

Avropalı enerji şirkətləri artıq ABŞ-dakı bəzi layihələrdən gələcək LNG tədarükü üçün müqavilələr imzalayıb. Bununla belə, bu miqyasda idxal artımının praktiki necə həyata keçiriləcəyi barədə detallı məlumatlar hələlik açıqlanmayıb.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr