AZ

İki ölkə arasında atəşkəs əldə edildi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tailand ilə Kamboca arasında 24 saatlıq atəşkəs razılığı əldə edilib.

Bu barədə danışıqlardan sonra Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib. Hökumət başçısı deyib: "Hər iki ölkə atəşkəsin dərhal və qeyd-şərtsiz əldə edilməsinə razı olub".

İyulun 24-nə keçən gecə Tailand ilə Kamboca arasındakı sərhəddəki mabahisəli ərazidə quru qoşunlarının hərbçiləri arasında atışma olub. Tailand hakimiyyəti Kambocanı münaqişəni alovlandırmaqda ittiham edib. Sonra isə ölkənin Hərbi Hava Qüvvələri qonşu ölkənin ərazisindəki hədəflərə zərbələr endiriblər.

İyulun 25-də verilən məlumata görə, Tailand Kamboca ilə münaqişənin həll edilməsi üçün Malayziyanın vasitəçi olmasına razıdır.

Hürr Tərcüman

 

Seçilən
24
hurriyyet.az

1Mənbələr