Azərbaycan Biznesinin İnkişafı Fondunda Özəl Tibb Müəssisələri Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə tibb sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.