AZ

“Beşiktaş” futbolçusunu ruslara satdı

“Beşiktaş” futbolçusu Baxtiyor Zaynutdinovu satıb.

Futbolpress.az xəbər verir ki, qazaxıstanlı futbolçu “Dinamo”ya keçib. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Moskva təmsilçisi 27 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

“Beşiktaş” Zaynutdinovun satışından 2,8 milyon avro qazanıb.

Qazaxıstan millisinin də üzvü olan müdafiəçi 2023-cü ildə Moskva ÇSKA-sından “Beşiktaş”a keçib. O, Super Liqada 36 oyunda meydana çıxıb.

Seçilən
20
futbolpress.az

1Mənbələr