AZ

"Rüşvət alanlar var, amma rüşvət verənlər yoxdur" - Komissar və işçilərinin işi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Şükürovun vəkili Abbas Atakişiyev çıxış edib.

O bildirib ki, müvəkkili ciddi əməliyyat olunub, onun ciddi eşitmə problemi var. O, müdafiə etdiyi şəxsin vəkilləri ilə yanaşı əyləşməsini istəyib.

Ramin Şükürov özü də deyib ki, onun eşitmə qabiliyyəti çox zəifdir. Onun sözlərinə görə, hər iki qulağında pərdə yoxdur.

R. Şükürovun digər vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkili tibb müəssisələrində saxlanılır. Onun sözlərinə görə, qapalı tibb müəssisələrində onların müvəkkili iləmgərüşmşsimüşün 15 gündən çoxdur şərait yaradılmır; "Məhkəmədən xahiş edirik kiz bizim görüşməmiz üçün məhkəmə məktub versin. Biz də müdafiə taktikamızı qurmaq üçün iş görək".

Hakim isə bildirib ki, vəkili müvəkkili ilə görüşməsi üçün heç bir örpblem yoxdur: "Ceyhun müəllimin qaldırdığı məsələ ilk dəfədir. Amma biz yenə də sistemə vəkilin müvəkkili ilə görüşməsi üçün elektron sistemə məktub yerləşdirərik".

Daha sonra müşavirə keçirən hakimlər Abbas Atakişiyevin vəsaitini təmin edib. R. Şükürovun vəkilləri ilə yanaşı əyəəşməsi barədə qərar qəbul edilib.

Ramin Şükürov şüşə qəfəsdən çıxarılaraq kanvoy heyətinin müşayəti ilə vəkilləriylə yanaşı əyəşdirilib.

Daha sonra dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktı elan edib.

İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə cinayət əlaqəsinə girib.

Onlar çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik edilməsi ilə bağlı ondan 30 min manat məbləğində pul vəsaitini alıblar.

Bundan başqaz eyni əmələrlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət qismində alıblar.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilyiblər.

Daha sonra hakim sübutların araşdırılması mərhələsi müayinə edilməsi üçün tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsini, daha sonra isə iş üzrə şahidlərin dindirilməsini təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə buna etiraz ediblər. Vəkil Ceyhun Yusifov bildirib ki, müvəkkili R. Şükürova iki nəfərin ifadəsi əsasında ittiham verilib: "İstintaq bu şəxslərin ifadəsini alandan sonra ağır cinayətlə bağlı ittiham tərtib ediblər. Bu gün onlarda burada özlərini təqsirli bilmirlər. Buna görə də biz müdafiə tərəfi olaraq əvvəlcə şahidlərin dindirilməsini istəyirik".

R. Şükürovun digər vəkili Abbas Atakişiyev deyib ki, burada rüşvət alanlar var, amma rüşvət verənlər yoxdur: "Biz həmin rüşvət verən şahidlərin dindirilməsini istəyirik. Onlar danışsınlar, görək bu cinayət işi necə ərsəyə gəlib. Təqsirləndirilən şəxslər özlərini təqsirli saymırlar. Burda şahidlər var ki, rüşvət veriblər, onlar cinayət məsuliyyətindən kənarda qalıblar. Onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Biz əvvəlcə rüşvət verən şahidlərin dindirilməsini istəyirik".

Digər vəkillər və təqsirləndirilən şəxslər də əvvəlcə şahidlərin dindirilməsi istəyiblər. Yerində müşavirə keçirən hakimlər heyəti sübutların araşdırılması qaydasının müəyyən edilməsi barədə qərar qəbul ediblər.

Qərarda göstərilib ki, əvvəlcə iş üzrə şahidlər dindiriləcək, daha sonra isə təqsirləndirilən şəxslərin ifadəsi alınacaq.

Növbəti proses sentyabrın 1-də davam edəcək.

Seçilən
18
1
teleqraf.com

1Mənbələr