AZ

Cəbrayılda avtomobil yoldan çıxaraq aşdı - 4 nəfər xəsarət aldı

CƏBRAYIL, 28 iyul. TELEQRAF

Cəbrayılda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq, aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar - Bakı şəhər sakinləri Əliyev Rauf Rafayıl oğlu, Alkərəmovİntiqam Mətləb oğlu, Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
teleqraf.com

1Mənbələr