AZ

“Heç kimin ailəsini dağıtmamışam” – Sevda Əliqızı illər sonra danışdı + VİDEO

Müğənni Sevda Əliqızı “Bir gün” verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Yenisabah.az xəbər verir ki, sənətçi həmkarı Ruhəngiz Musəvinin keçmiş həyat yoldaşı ilə ailə qurmasından danışıb və yaranmış söz-söhbətlərə aydınlıq gətirib:

“14 il evli oldum. O da mənə qarşı nankorluq edib, bunu heç vaxt bağışlaya bilmərəm. Ruhəngiz Musəvi onun birinci həyat yoldaşı olub, onlarla birlikdə 10 il evli qalıblar, bir qız övladları var. Ondan ayrıldıqdan sonra həmin şəxs öz xalası qızı ilə ailə qurub, amma o da alınmayıb. Daha sonra mənə rast gəlib. Çox adam elə bilir ki, guya mən Ruhəngiz xanımın ailəsini dağıtmışam, amma bu, əsla belə deyil. Mən heç vaxt heç kimin ailəsini dağıtmamışam, bu, mənim üçün ən böyük günahlardan biridir”. Dominos pizza

İfaçı qeyd edib ki, bu gün həmin şəxsin ailəsi ilə də normal münasibəti var:

“İndi onun ailəsi ilə də əlaqəm var, danışırıq. Bilirlər ki, günah məndə deyil. Ruhəngiz xanımla da münasibətimiz normaldır. Heç bir düşmənçiliyimiz yoxdur”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr