AZ

Samsung şirkəti Tesla üçün çiplər istehsal edəcək - 16,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ

Samsung Electronics 16,5 milyard dollarlıq müqavilə çərçivəsində Tesla üçün yarımkeçiricilər istehsal edəcək.

Marja xəbər verir ki, Bazar ertəsi Cənubi Koreyanın ən böyük şirkəti olan Samsung, qlobal bir şirkətlə 22,8 trilyon von (təxminən 16,5 milyard dollar) dəyərində çip istehsalı müqaviləsi imzaladığını və bu müqavilənin 2033-cü ilin sonuna qədər davam edəcəyini açıqlayıb.

Məsələ ilə tanış olan bir mənbəyə görə, müştəri Tesla-dır.

Samsung-un Seulda siyahıya alınmış səhmləri təxminən 3,5 faiz bahalaşıb.

Mask təsdiqləyib

Tesla şirkətinin direktoru İlon Mask (Elon Musk) daha sonra Samsung-un Tesla üçün çiplər istehsal edəcəyini təsdiqləyıb. 

"Samsung-un Texasdakı nəhəng yeni zavodunda Tesla-nın yeni nəsil AI6 çipinin istehsal edəcək", - Mask bildirib.

Seçilən
19
marja.az

1Mənbələr