Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Kremlin təmsilçisi Dmitri Peskov RF Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Çində görüşə biləcəklərini bəyan edib, bununla yanaşı həmin məsələ ilə bağlı konkret razılaşmaların olmadığını da qeyd edib. Peskovun sözlərinə görə, Tramp sentyabr ayında Pekinə səfər etməyi qərara alarsa, iki ölkə liderlərinin orada görüşməsi nəzəri cəhətdən mümkün olar.
Peskov hazırda belə bir görüşlə bağlı konkret addımların atılmadığını, razılaşmaların olmadığını qeyd edib.
Hürr Tərcüman