AZ

Günəşdə qütb dəlikləri formalaşmağa başlayıb

Bakı. Trend:

2021–2022-ci illərdə, demək olar ki, tamamilə yoxa çıxmış qütbkoronal dəlikləri Günəşdə yenidən aktiv şəkildə formalaşmağabaşlayıb.

Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlarİnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir BölməsininGünəş-Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatdadeyilir.

"Günəşdə qütb koronal dəliklərinin aktiv formalaşması başlayıb.Bu strukturlar 2021–2022-ci illərdə, demək olar ki, ulduzunsəthindən yox olmuşdu və son bir həftə ərzində kosmosdan əldəolunan görüntülərə əsasən, yenidən geri qayıtmağa başlayıblar", –deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda görüntülərə əsasən, şimal qütbündəkoronal dəlik formalaşıb. Gözləntilərə görə, təxminən bir ayərzində cənub qütb sahəsində də ikinci dəlik meydana gələcək. "Əgərbu strukturlar Günəşin aktivliyində baş verəcək güclüpartlayışlarla dağıdılmasa, o zaman qarşıdakı 6–8 il ərzində budəliklər Günəşin görüntülərinin adi bir hissəsinə çevriləcək", –deyə alimlər əlavə ediblər.

Məqalədə:
Seçilən
53
3
az.trend.az

4Mənbələr