AZ

“Putin Zaporojjye AES i partlatmaq qərarına gələ bilər” Bennet

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin nüvə obyektlərindən həm Ukraynaya, həm də NATO ölkələrinə qarşı təhlükəli taktikalar üçün istifadə edə bilər.

Bunu britaniyalı ekspert Saymon Bennet deyib.

Bennetin sözlərinə görə, Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasını (AES) ələ keçirməsi və onu bu günədək nəzarətdə saxlaması bütövlükdə Avropa üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Ekspert ehtimal edir ki, rus qüvvələri Zaporojye AES-də hər bir reaktorun mina ilə partladılmasına hazır ola bilər. 

"Əgər Putin Ukraynadakı işğalçılıq siyasətində uğursuzluğa düçar olsa, o, uzaqdan bu reaktorları partladaraq radioaktiv tullantılarla Avropanı hədəf ala bilər", - deyə o qeyd edib.

Bennet 1986-cı ildə baş vermiş Çernobıl qəzasını xatırladaraq, radioaktiv buludların yüzlərlə kilometr məsafəyə yayıla biləcəyini vurğulayıb. Onun sözlərinə görə, həmin vaxt Çernobıldan çıxan radioaktiv şleyf Britaniyanın Kambria bölgəsinə qədər çataraq kənd təsərrüfatı torpaqlarını çirkləndirib.

Politoloq əlavə edib ki, belə bir ssenari təkcə Avropa deyil, həm də Rusiyanın özü üçün böyük təhlükə yaradacaq:“Əgər Ukraynadakı istənilən nüvə stansiyasına ziyan dəyərsə – hətta bu, ölkənin qərb hissəsində baş versə belə – daimi qərb küləkləri nəticəsində radioaktiv buludlar Rusiyanın mərkəzi hissəsinə çata bilər”.

Saymon Bennet həmçinin xəbərdarlıq edir ki, Rusiya bu təcrübədən gələcəkdə NATO ilə mümkün qarşıdurmada istifadə edə bilər. Onun fikrincə, Rusiya Qərb ölkələrinin kritik infrastrukturuna artıq sızmış “yatmış agentlər”dən istifadə edə və bu obyektlərdə sabotaj törədə bilər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azpolitika.info

2Mənbələr