ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində elektrik enerjisinin verilməsində gərginliyin mütəmadi olaraq artıb-azalması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan şikayətdə bildirilir ki, artıq bir aydan çoxdur ki, ərazidə elektrik enerjisinin keyfiyyəti ilə bağlı problem davam edir.
Qeyd edilib ki, əvvəllər ərazidə fəaliyyət göstərən transformator sökülərək başqa ünvana daşınıb.
"Qəsəbədə Fətəli xan Xoyski küçəsində yaşayırıq. Ərazidə bir transformator var idi, onu da sökdülər. Başqa əraziyə transformator qoydular və demək olar ki, bütün sakinlərin, mağazaların hamısının işığını bir yerə qoşdular, o da yüklənmələrə səbəb olur. Bir aydan çoxdur ki, elektrik avadanlıqlarından istifadə edə bilmirik. İşıq da normal verilmir, lampa gah közərir, gah da gur yanır. Şikayət də etmişik, amma baxan yoxdur", - deyə sakinlər bildirirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.