AZ

“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Astara rayonunda keçirilib - FOTOLAR

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 23 iyul tarixində Astara rayonu, Şindan otelinin zalında keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə əsasən Astara rayon bələdiyyə nümayəndələri olmaqla ümumilikdə 20 nəfər iştirak etdi. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəbrayıl Babayev də iştirak edirdi.

Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur:

I mərhələ çərçivəsində:

  1. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi (qanunvericilik və praktiki müstəvidə bələdiyyələrin fəaliyyəti; bələdiyyə-əhali, bələdiyyə-sahibkar münasibətlərinin inkişafı);

  2. Bələdiyyələrin maliyyə dayanıqlığının artırılması (2024-cü ildə Milli Məclis tərəfindən Qrantlar haqqında Qanuna edilən dəyişikliklərə əsasən bələdiyyələrə qrant almaqda dəstək verilməsi; layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, müsabiqə və tenderlərdə iştirak bacarıqlarının artırılması).

Planlaşdırılmış mövzular üzrə iştirakçılara ətraflı məlumat verildi və geniş müzakirələr aparıldı.

Bələdiyyə-əhalibələdiyyə-sahibkar münasibətləri ilə bağlı mövzular iştirakçılar tərəfindən maraqla qarşılandı və aktiv şəkildə müzakirə edildi.

İştirakçılara izah olundu ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qrantlar haqqında Qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda qəbul olunmuşdur. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığının artırılması məqsədilə onların qrant ala bilməsini mümkün etmişdir.

Tədbirdə iştirakçılar aşağıdakı məsələlərlə bağlı narahatlıqlarını bildirdilər:

  • Əhalidən əmlak vergisinin toplanmasında çətinliklər;

  • Yerli məhsulların satışında yaranan problemlər.

İştirakçılara "Sosial xidmət haqqında" Qanun və həmin qanunun 26-cı maddəsində nəzərdə tutulan sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Prezident Fərmanı barədə məlumat verildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyat və müraciət formaları haqqında da iştirakçılar məlumatlandırıldı.

Tədbirdə layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı da təlim keçirildi.

Sonda iştirakçılar kiçik qruplara bölündü və onlara istədikləri bir ideyanı layihələşdirmək tapşırıldı. Qrup üzvləri birlikdə işlədilər və hər qrup öz layihəsini təqdim etdi.

Tədbir zamanı iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunmuşdu.

Tədbirin sonunda iştirakçılara ev tapşırığı verildi: seçdikləri bir ideyanı layihələşdirmək (layihə təklifi və büdcə) və layihənin ikinci mərhələsində həmin layihəni təqdim etmələri tapşırıldı.

Seçilən
3
10
qht.az

10Mənbələr