AZ

Sumıda Rusiya ordusu dəhşətli itkilər verib 3 batalyon mühasirəyə düşüb və...

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Sumı cəbhəsində rus ordusunun bataqlığa düşməsi Kremlin təcavüz planlarının iflasa uğradığını bir daha sübut edir”

"AzPolitika" xəbər verir ki, bu fikri hərbi ekspert Aqil Rüstəmzadə Rusiya ordusunun Sumskiy vilayətindəki uğursuzluğu barədə danışarkən bildirib.

Ekspertin sözlərinə görə, iyulun 11-dən etibarən Ukrayna ordusunun Sumı vilayətində həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində rus qoşunlarına məxsus üçdən çox piyada batalyonu mühasirəyə düşüb və bu, Rusiya üçün ciddi hərbi fiasko kimi qiymətləndirilməlidir.

“Ukrayna Silahlı Qüvvələri uzun müddət müdafiədə qaldıqdan sonra ehtiyat qüvvələri cəmləşdirərək vilayətin qərb cinahında qəfil və koordinasiyalı əks-hücumlarla vəziyyəti dəyişdi. Əvvəlcə Konstntinovka ilə Kondratovka arasındakı rus mövqeləri yarıldı, sonra Alekseyevka və Vladimirovka istiqamətində düşmənin müdafiə xətti dağıdıldı,” – deyə o bildirib.

Rüstəmzadənin sözlərinə görə, mühasirəyə düşən qüvvələr əsasən motoatıcı və dəniz piyadalarından ibarət olub. Ukrayna tərəfi bu qruplaşmanın sayını 700 nəfər, Rusiya isə 311–840 nəfər arasında göstərir.

“Ən mühüm məqam odur ki, Ukrayna ordusu mühasirəyə düşən qüvvələri dərhal ləğv etməyə çalışmadı. Əksinə, taktiki cəhətdən peşəkar davranaraq artilleriya və dron atəşləri ilə mühasirə dairəsini daraltdı və rus əsgərlərini dağıdılmış Kondratovka kəndinə sıxışdırdı. Bu, klassik ‘qazan’ taktikasıdır – düşmənin hərəkət imkanlarını minimuma endirib, artilleriyanın təsirini maksimuma çatdırmaq,” – deyə ekspert izah edir.

Rüstəmzadə bildirir ki, 21–22 iyul tarixlərində rus əsgərlərinin müqavimət qabiliyyəti kəskin şəkildə azalıb, 23 iyula qədər isə bir çoxu ya həlak olub, ya da tibbi yardım almadan həyatını itirib. 

Yalnız az sayda hərbçi təslim olub. Bu fakt göstərir ki, Ukrayna ordusu döyüş sursatı və təchizatın kəsilməsi yolu ilə düşməni zəiflətmək taktikasını uğurla tətbiq edir,” – deyə o vurğulayıb.

Ekspert qeyd edir ki, bu cür mühasirə əməliyyatları Rusiya ordusunda həm koordinasiya çatışmazlığını, həm də şəxsi heyətin zəif döyüş hazırlığını üzə çıxarır: “Əgər bir müharibədə bataqlıqda ilişib qalan, geri çəkilməyə məcbur olan və təchizatdan məhrum hissələr varsa, bu artıq strateji uğursuzluqdur”.

Nəticə olaraq, Aqil Rüstəmzadənin fikrincə, Sumı istiqamətindəki bu uğursuzluq Rusiya üçün həm taktiki, həm də psixoloji baxımdan ciddi zərbədir. Bu hadisə Kremlin Ukraynada üstünlük əldə etmək planlarının reallıqla toqquşaraq puç olduğunu bir daha nümayiş etdirir.

Rasim Əliyev "AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
azpolitika.info

1Mənbələr